SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Uşaqpulu"nun məbləği nə qədər olacaq? - TƏKLİF

"Uşaqpulu"nun məbləği nə qədər olacaq? - TƏKLİF

Tarix:

31-08-2019, 12:39

/ 900 dəfə oxundu.
"Uşaqpulu"nun məbləği nə qədər olacaq? - TƏKLİF

Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, hazırda hökumətdə müzakirə aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir: “Bu, dünyada, həmçinin postsovet məkanında necədir və sair...Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın. Həm də elə olmalıdır ki, dövlətin bu vəsaiti ayırmağa gücü çatsın. Hər şey qaydalar çərçivəsində olmalıdır”.

Uşaq pulu hansı yaşda uşaqları əhatə edəcək, bununla bağlı ortaq məxrəcə gəlinibmi- sualına cavab verən deputat bildirib ki, hələlik müzakirələr gedir, özü də çox ciddi şəkildə...

Siyavuş Novruzov özünün “Facebook” səhifəsində isə yazıb ki, cənab prezident ttps://azvision.az/tag/Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur. Biz pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın".

Qeyd edək ki, iqtisadçı ekspertlərdən ilk olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib. Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən ekspert də bildirib ki, “Uşaq pulu”nun bərpası ilə bağlı təkliflər paketi İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanıb və Azərbaycan hökumətinə təqdim olunub. Biz bir neçə ay öncə uşaq pulunun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm digər dövlət qurumları ilə məsələ müzakirə edildi. Məsələ parlament üzvləri arasında da müzakirə olunub. Parlamentdə ilkin olaraq 3 yaşına qədər “uşaq pulu”nun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən “uşaq pulu”nun bərpası ilə bağlı vaxt göstərildi".

Ölkədə 17 yaşınadək uşaqların sayı 2,7 milyondur. Bunun 640 min nəfəri 3 yaşınadək olan uşaqlardır. Biz isə “uşaq pulu”nun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox “uşaq pulu”nun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var. İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir.

Üçüncü mərhələyə 7-17 yaş arası olan uşaqlar daxildir. Bizim hesablamalarımız göstərir ki, bütün 17 yaşına qədər uşaqlara “uşaq pulu”nu vermək üçün 1.6 milyard manat vəsait tələb olunur. Bu büdcə xərclərinin təxminən 6 faizi deməkdir. Biz eyni zamanda büdcədə həmin vəsaitə necə qənaət edilməsinə və həmin vəsaitin maliyyələşdirilməsi yollarını da göstərmişik. İnvestisiya və infrastruktur xərclərinə qənaət etməklə, “uşaq pulu” bərpa oluna bilər. Onu da bildirim ki, inkişaf etmiş ölkələrin hamısında “uşaq pulu” verilir.

Fərqli mexanizmlər var. Məsələn, İtaliyada “uşaq pulu” ailənin gəlir səviyyəsinə uyğun verilir, daha çox gəliri olan ailələrə “uşaq pulu” verilmir. Bəzi ölkələrdə uşaqların sayına görə verilir. Birinci uşağa vəsait verilmir, ikincidən başlayaraq uşaqların sayı artdıqca “uşaq pulu”nun da məbləği artır. Əksər ölkələrdə əhalinin gəlirlərindən və uşaqların sayından asılı olmayaraq “uşaq pulu” verilir. Azərbaycanda da bunun üçün kifayət qədər maliyyə var. Biz çalışırıq ki, uşaq pulu optimal olsun, istehlak bazarındakı qiymətlərə təsirini də qiymətləndirmişik. Qeyd etdiyimiz 1,6 milyard manat vəsait bazara elə də ciddi təsir göstərməyək, çünki digər xərclərə qənaət edilməsini təklif etmişik. Sosial paketin də təqdim olunduğunu nəzərə alsaq, uşaq pulunun bərpası mümkündür. Amma bütün hallarda qərarı hökumət verir. Nəticəni bilmək üçün hökumətin rəsmi qərarı olmalıdır. Ümid edirik ki, yaxın vaxtlarda “uşaq pulu”nun bərpasını görə biləcəyik".

Uşaqlar üçün verilən müavinətlərin bərpası ilə bağlı ötən gün İTV-ə müsahibə verən ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov bildirib ki, 2006-cı ilə qədər uşaqlar üçün nəzərdə tutulan müavinətlər mövcud olub, ancaq onların hamısı dayandırılmayıb, bir çoxu hazırda da ödənilir: “Aztəminatlı ailələrin uşaqlarına verilən müavinət isə 2006-cı ildə 1 manat 80 qəpik idi, hər bir uşağa verilirdi. Burada valideynlərin işləməməsi əsas götürülürdü. Digər kateqoriyadan olan uşaq müavinətləri - müddətli hərbi xidmətdə olanların uşaqları, müharibə səbəbindən əlilliyi olan şəxslərin uşaqları, şəhid ailələrinin uşaqlarına verilən müavinətlər, Çernobl əlillərinə verilən müavinətlər saxlanılır. Eyni zamanda uşağın anadan olmasına görə verilən müavinət var, 5-dən çox uşağı olan anaya hər uşağa görə verilən müavinət də var. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətlər var. Uşaqların müavinətləri dayandırılmayıb, əksinə daha da artıb. Ancaq aylıq əsaslarla verilən müavinət dəyişdirilib, başqa növdə yəni ünvanlı sosial yardım kimi həmin ailələrə verilir. 2006-cı ildə islahatlar aparıldı, müavinətlərin ünvanlı verilməsi qərarına gəlindi. Bu da ehtiyacı olan ailələrə daha çox məbləğdə ünvanlı sosial yardım verilməsi ilə nəticələndi. Hazırda ölkə üzrə 60 min ailə ünvanlı sosial yardım alır, təxminən 260 min nəfəri əhatə edir. . Hər ailəyə düşən ünvanlı sosial yardım məbləği 200 manat, adambaşına düşən məbləğ isə 50 manatdır. Ünvanlı sosial yardım alanların 140 min nəfərdən çoxu 18 yaşınadək olan uşaqlardır. Bununla da hamıya az məbləğdə kömək etməkdənsə, ehtiyacı olana daha çox kömək edirik. Ünvanlı sosial yardımın verilməsi qaydası da 2 ildir ki, elektronlaşıb”. Nazirliyin şöbə müdiri həmçinin vurğulayıb ki, bu ilki sosial artımlar uşaqları da əhatə edib.

Dövlət qurumundan uşaq pulunun verilməsi ilə bağlı pozitiv bir fikir səsləndirilməyib. Qeyd edək ki, bu məsələ hazırda hökumətdə və Milli Məclis səviyyəsində müzakirə olunur.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ