SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İnam Kərimov milyonları kimə yedirir? - Bəri başdan şübhələnəsi TENDER

İnam Kərimov milyonları kimə yedirir? - Bəri başdan şübhələnəsi TENDER

Tarix:

15-08-2019, 20:22

/ 836 dəfə oxundu.
İnam Kərimov milyonları kimə yedirir? - Bəri başdan şübhələnəsi TENDER

Kənd Təsərrüfatı Nazirliyi 12 rayonda xırda buynuzlu heyvanların qırxım məntəqələrinin və mal-qaranın çimizdirilmə qurğularının tikintisi üzrə tenderin nəticələrini elan edib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, bu tenderlərin qalibi “CON-SOL GROUP” MMC-dir.

Azpolitika.info-ya istinadla xəbər veririk ki, sözügedən tenderlər Beyləqan, Ağstafa, Ağcabədi, Tovuz, Şəmkir, Şəki Qazax, Samux, İsmayıllı, İmişli, Göygöl və Goranboy rayonlarını əhatə edir.

Onu da qeyd edək ki, tenderin qalibi ilə 3,9 milyon manatlıq müqavilələr bağlanıb. Eyni MMC-nin qalib elan edilməsi isə müəyyən şübhələrə səbəb olub.

Şərhlər

XƏBƏR LENTİ