SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Dövlət qurumu yalan məlumat yayıb? “6 faiz ucuzlaşma”

Dövlət qurumu yalan məlumat yayıb? “6 faiz ucuzlaşma”

Tarix:

6-08-2019, 13:33

/ 701 dəfə oxundu.
Dövlət qurumu yalan məlumat yayıb? “6 faiz ucuzlaşma”

“Dövlət Statistika Komitəsi məlumat yayıb ki, meyvələrin qiymətləri bu ilin ilk 6 ayında guya 6,5 faiz ucuzlaşıb. Bu lap ağ yalan oldu”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Nemət Əliyev deyib. O, bildirib ki, bu il meyvələrin qiymətlərində yaşanan bahalaşmadan xəbər tutmayan qalmayıb.

“Məhz bahalaşma səbəbindən əksəriyyət bu il meyvələrə ürəyi istəyən qədər yaxın düşə bilmədi. Bu üzücü vəziyyət indi də davam etməkdədir.

Bu il nəinki meyvələr, ötən illə müqayisədə, hətta əksər kənd təsərrüfatı məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb.

DSK isə uydurduğu cəfəngiyyatları üst-üstə qalaqlayaraq ölkə üzrə inflyasiya göstəricisi hesablayıb və guya istehlak maları bu il 2,5 faiz bahalaşıb.

Bilmək lazımdır ki, bu sayaq “göstəricilərlə” bir addım da irəli getmək mümkün deyil.

Belə ki, rəsmi məlumatlara əsasən apardığımız konkret hesablamalar göstərir ki, hələ yalnız 30 faiz bahalaşan idxal malları hesabına ümumi məhsul bazarları 14 faiz, ümumi istehlak bazarları isə 11 faizdən çox bahalaşıb. Yerli malların bahalaşma təsirini də buraya əlavə etsək, o zaman bahalaşma səviyyəsinin daha yüksək olması üzə çıxar.

Əgər bu ilin yanvar-iyun aylarında əhalinin nominal gəlirlərinin 6,6 faiz artmasını nəzərə alsaq, onda əhalinin alıcılıq qabiliyyətinin azı 4,4 faiz pisləşməsi məlum olur”.

Şərhlər

XƏBƏR LENTİ