SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İşsiz adamlara sığorta ödənişi təyin edildi

İşsiz adamlara sığorta ödənişi təyin edildi

Tarix:

3-08-2019, 18:44

/ 884 dəfə oxundu.
İşsiz adamlara sığorta ödənişi təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.

Nazirlikdən verilən məlumata görə, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir. İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin olunur.

Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əmək haqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.

Şərhlər

XƏBƏR LENTİ