SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Səfər Mehdiyevlə Mikayıl Cabbarov əl-ələ verib... - "Nə qədər ki, əsl günahkar olanların adı çəkilməyəcək..."

Səfər Mehdiyevlə Mikayıl Cabbarov əl-ələ verib... - "Nə qədər ki, əsl günahkar olanların adı çəkilməyəcək..."

Tarix:

25-07-2019, 12:12

/ 987 dəfə oxundu.
Səfər Mehdiyevlə Mikayıl Cabbarov əl-ələ verib... - "Nə qədər ki, əsl günahkar olanların adı çəkilməyəcək..."

Tanınmış PR agenti, "Laboratoriya" Piar Agentliyinin direktoru Afət Yaqibova sosial şəbəkələrdə sıradan bir sahibkarın bugün yaşadıqlarını öz başına gələn hadisə ilə tam olaraq ifadə edib. DİA.AZ Afət Yaqubovanın yazdıqlarını təqdim edir:

"Dedilər, gömrük şəffaflaşır, hər şeyi rəsmi eləsən, 8-10 faiz qabağa düşəssən, dedim nə yaxşı! Getdim, eksporta mal aparan bütün maşınlarımı keçirdim şirkətin adına. Bir neçə ay sonra vergilərdən çağırdılar ki, bu qədər meyvə vurursan xaricə, onu yığan adamlarla əmək müqavilən yoxdur, 100 min verməlisən... ağartmağa peşiman oldum... Başqası da deyir ki... Sərhəddə 15 qəpiklik meyvəni 80 qəpikdən hesablayıb rüsum alırlar, apardığımız ölkə də həmin qiymətlə idxal rüsumu alır... Nəticədə Azərbaycan məhsulu başqa ölkələrin eyni məhsullarından baha olur, eksport olunan məhsulların da ölkədə statistik dəyəri şişir... ...Və nə qədər ki, əsl günahkar olanların adı çəkilməyəcək, günahlar başqalarının üstünə atılacaq, problemlər də həll olunmayacaq".

DİA.AZ bildirir ki, hər halda Afət Yaqubovanın kimlərə işarə etdiyini təzmin etmək o qədər də çətib deyil...

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq... Hərgah ki sözügedən tərəflər ya ənənəviqaydada susacaqlar, ya da hədələyici tonda fikirlər söyləyib özlərini cavab vermiş kimi göstərəcəklər...

Şərhlər

XƏBƏR LENTİ