SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İlham Əliyevdən rüsumlarla bağlı qərar – 2 mindən 12 min manatadək…

İlham Əliyevdən rüsumlarla bağlı qərar – 2 mindən 12 min manatadək…

Tarix:

24-07-2019, 18:18

/ 861 dəfə oxundu.
İlham Əliyevdən rüsumlarla bağlı qərar – 2 mindən 12 min manatadək…

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklikləri təsdiq edib.

“Dövlət rüsumu haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib:

1.1. aşağıdakı məzmunda 2.0.18-1-ci maddə əlavə edilsin:

“2.0.18-1. təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi;”;

1.2. 22.0.5.1-ci maddəyə “məktəbəqədər” sözündən əvvəl “dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.3. 22.0.5.2-ci maddəyə “ümumi” sözündən əvvəl “dövlət ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-1.1. məktəbəqədər təhsil müəssisələri

2000 manat

32-1.2. ümumi təhsil müəssisələri

5000 manat

32-1.3. məktəbdənkənar təhsil müəssisələri

5000 manat

32-1.4. peşə təhsili müəssisələri

10000 manat

32-1.5. orta ixtisas təhsili müəssisələri

12000 manat

32-1.6. ali təhsil müəssisələri

20000 manat

32-1.7. əlavə təhsil müəssisələri

12000 manat

32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr

12000 manat

“Təhsil haqqında” qanuna isə aşağıdakı dəyişikliklər edilib:

2.1. 1.0.38-ci maddədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 14.17-1-ci maddə əlavə edilsin:

“14.17-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.”;

2.3. 16.1-ci maddə üzrə:

2.3.1. birinci cümlədə “müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.3.2. ikinci cümlədə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.4. 16.5-ci maddədə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.5. 22.8-ci maddədən “və elmi-pedaqoji” sözləri çıxarılsın;

2.6. 24.4-cü maddədə “xüsusi razılıq” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.7. 26.1-ci maddədə “26.5-ci maddəsində” sözləri “26.5-ci və 26.5-3-cü maddələrində” sözləri ilə əvəz edilsin;

2.8. 26.1-1-ci maddədə “baza ali” sözləri “əsas (baza ali)” sözləri ilə əvəz edilsin;

2.9. 29.0.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“29.0.11. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”, “Tələbə-məzun” və “Şagird-məzun“ dövlət elektron məlumat sistemlərini yaratmaq və onlardan istifadəni təmin etmək;”;

2.10. 29.0.12-ci maddədən “və proqramlarını (kurrikulumlarını)” sözləri çıxarılsın;

2.11. 30.2-ci maddəsinin birinci cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

2.12. 31.0.1-ci maddəyə “doktorantlar,” sözündən sonra “adyunktlar” sözü əlavə edilsin;

2.13. 32.3.15-ci maddəyə “ümumi təhsil” sözlərindən sonra “peşə təhsili” sözləri əlavə edilsin.

Şərhlər

XƏBƏR LENTİ