SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Bu məsələ Prezidentə çatsa...” – Rəsmi qəzetdə bank sistemi tənqid olundu

"Bu məsələ Prezidentə çatsa...” – Rəsmi qəzetdə bank sistemi tənqid olundu

Tarix:

5-07-2019, 00:20

/ 894 dəfə oxundu.
"Bu məsələ Prezidentə çatsa...” – Rəsmi qəzetdə bank sistemi tənqid olundu

“Elə bir zamanda yaşayırıq ki, pulu,varı-dövləti olan adama hörmət edirlər. Dövlət də belədir, hansı dövlət iqtisadi, hərbi cəhətdən güclüdürsə, ondan həm çəkinir, həm də hörmət edirlər.İqtisadiyyatı da inkişaf etdirmək üçün bazar iqtisadiyyatı prinsiplərinə uyğun tədbirlər həyata keçirilir. Bazar iqtisadiyyatında sahibkarlıq inkişaf etdirilməlidir”.
Bunu “Xalq qəzeti”nə açıqlamasında Nabucco memarlıq və inşaat şirkətinin direktoru Kəmaləddin Mənsimov deyib.

Azərbaycanda bank sistemini kəskin tənqid edən K. Mənsimov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, verilən fərmanlar, qəbul edilən qərarlar aparılan məqsədyönlü siyasət, bütün bunlar hamısı ancaq ona xidmət edir ki, sahibkarlıq inkişaf etsin. “Sahibkarlığın da inkişaf etməsi ilə əlaqədər ölkədə islahatlar gedir, bunlar öz yerində, ancaq bir əsas məsələ var ki, bank sistemində sahibkarlığın inkişafını ləngidən məsələlər hələ də öz həllini tapmayıb.

Bank sistemi düzgün qurulmayıb, yəni bank sektorunda böyük islahatlara ehtiyac vardır. Hədir bu məsələ. Deyək ki, sahibkar nə isə bir istehsalat obyekti tikmək, sənaye sahəsi qurmaq istəyir. Bunun üçün o sahibkarın bankdan kredit almağı müşkül məsələdir. Kredit almaq üçün sahibkar banka gətirib böyük bir girov qoymalıdır. Sahibkarın da bu qədər girov qoymağa əmlakı, yaxud imkanı yoxdur. Kredit almaq üçün həm də faizlər yüksəkdir. Həm də bu girov məsələsi düzgün müəyyən edilməyib.

Avropa ölkələrində, dost və qardaş Türkiyədə də bu sistem vardır: yəni bu ölkələrdə, sahibkarın tikəcəyi anbar, sənaye sahəsi, yaxud otel obyektinin özünü və sənədlərini bank özünə götürür və girov kimi saxlayır. Obyekt istifadəyə verildikdən sonra, sahibkar yavaş-yavaş banka olan borcunu qaytarmağa başlayır. Obyektin borcu bitdikdən sonra həmin bankın girov saxladığı obyekt sahibkarın özünə qaytarılır.

Bizim bankların da bu sistemə keçmə vaxtı artıq gəlib çatmışdır. Banklar həmin bu sistemə keçsələr daha səmərəli olar, sahibkarlıq daha da inkişaf edər”.

İnşaat işi ilə məşğul olan şirkətə rəhbərlik etdiyini bildirən K. Mənsimov qeyd edib ki, tanıdığı sahibkarlar var və neçə illərdir çalışırlar: “Onların şəxsi mülkiyyəti, bağ sahəsi, torpağı, sənaye binası tikəcək ərazisi var. Lakin neçə illərdir əlləşirlər və kredit ala bilmirlər. Onlar sənaye yaratmaq istəyirlər, hansı ki, ölkədə həmin sənayeyə, məhsula, onun istehsalına ehtiyac vardır. O məhsullar həm daxili tələbata cavab verəcək, həm də bir başa ixraca gedəcək.

Əgər bank sahibkarın torpaq sahəsini tikiləcək obyektlə birlikdə giriov götürsə və aşağı faizlə sahibkara kredit versə, bizim ölkəmiz, iqtisadiyyatımız, sahibkarlarımız çox güclü şəkildə inkişaf edərlər. Deməli, əsas məsələ budur, bunu həll eləmək lazımdır ki, sahibkar həmin planlaşdırdığı layihəni həyata keçirə bilsin. O layihə həyata keçmədikcə, biz uduzuruq, itiririk. Sahibkarın inkişafı geri qalır, illərlə dala düşür.

Amma sahibkar o kredit vaxtında götürə bilsəydi, artıq sahibkar xaricə mal satırdı: həm özü inkişaf edirdi, orada nə qədər işçi çalışırdı, həm də ixracat yaranırdı və ölkəyə nə qədər valyuta gəlirdi.

Mənim irəli sürdüyüm bu təklif üzrə sahibkarlığın inkişaf etdirilməsi üçün bank sistemi təkmilləşməlidir. Kredit verilməsində həm faizlər aşağı salınmalıdır, həm də girov qoyulmasında islahatlar aparılmalıdır ki, sahibkarlıq daha da inkişaf etsin.

İndi sahibkarlığın inkişafının qarşısını alan birinci növbədə bu bank məsələsidir. Bu məsələ həll olunsa, cənab Prezidentə çatdırılsa, bu məsələyə yenidən baxılsa, öz düzgün həllini tapar, sahibkarlar bir az rahat işləyə bilirlər.

Ancaq bank sistemində əsas məsələ həll olunmadığına görə inkişaf zəif gedir. Bu bank işinin icrası da həll olunsa, sahibkarlıq daha da inkişaf edər. Sahibkarlığın inkişafı isə dövlətin güclənməsi deməkdir”.

Şərhlər

XƏBƏR LENTİ