SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Fondun belə qərar verməsi provakasiyadır” – Banklara etibar niyə öldürülür?

“Fondun belə qərar verməsi provakasiyadır” – Banklara etibar niyə öldürülür?

Tarix:

4-07-2019, 13:20

/ 772 dəfə oxundu.
“Fondun belə qərar verməsi provakasiyadır” – Banklara etibar niyə öldürülür?

“Əmanətlərin Sığortalanması Fondu banklarda əhalinin yerləşdirilmiş olduğu əmanətlərin 90%-nin öhdəliyini öz üzərinə götürmür”.
Bunu iqtisadçı ekspert Nemət Əliyev “Yeni Sabah”a açıqlamasında bildirib. Fondun qorunan əmanətlərin yuxarı həddini 10 faiz müəyyən etməsi haqda qərarını şərh edən iqtisadçı bildirir ki, bu qurum əslində insanların inamını qazanmaq üçün yaradıldı.

“İnsanlar haqqlı olaraq, kütləvi şəkildə öz əmanətlərini bank sektorundan geri çəkməyə başladı, əhalinin banklara inamı kəskin şəkildə azalmışdı. Bunu bərpa etmək lazım idi. Buna görə belə bir fond yaradıldı.

Fond isə insanlara müraciət etdi ki, “Siz narahat olmayın, gətirib əmanətlərinizi yerləşdirin, biz onu vaxtında sizə olduğu kimi qaytaracağıq”.

Fikir versək görərik ki, belə bir paradoksal vəziyyət yaranır - onlar əhalini sakitləşdirdilər, başlarının altına yastıqlarını qoydular. İndi isə rahatca öz funksiyalarını yerinə yetirməkdən boyun qaçırırlar. Həmçinin dövlət büdcəsindən bu fonda böyük vəsaitdə ayrılır. İndi nə oldu? Sən elə sanırsan ki, əhalinin etimadını qazandın, özünü doğrultdun, belə edirsən?

Əgər banklardakı əmanətlərin həcminə müraciət etsəniz, görərsiniz ki, məsələn 2014-cü ildən bu yana kəskin azalma var.

Xarici valyuta ilə ifadə etsək, 2014-cü ilin sonlarına doğru 9 milyard dollar həcmində əmanət yerləşdirilmişdi. 2019-cu ildə isə bu məbləğ təxminən 2 dəfəyə qədər- 4,5 milyard dollar olub.

Doğru olaraq əhali banklara əmanət yerləşdirmirdi. Bunun bir neçə səbəbi var. Bu səbəblərin başında etibarsızlıq və inamsızlıq durur.

İndi fondun belə bir addım atması sanki provokasyon xarakteri daşıyır. Yatmışları da oyadır ki, “baxın mən imtina etdim”.

Mən bu addımı təqdir etmirəm, etiraf edirəm ki, bu yanlış addımdı. Bu əhali arasında böyük təşviş yaradacaq. İnsanların banklara olan inamı yenidən sarsılacaq”.

Şərhlər

XƏBƏR LENTİ