SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda bu dövlət rüsumlarının məbləği dəyişdi – SİYAHI

Azərbaycanda bu dövlət rüsumlarının məbləği dəyişdi – SİYAHI

Tarix:

7-04-2019, 12:38

/ 897 dəfə oxundu.
Azərbaycanda bu dövlət rüsumlarının məbləği dəyişdi – SİYAHI

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri təsdiqləyib.

Qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 18.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.11.1. ixtira üçün – 20 manat;

18.11.2. faydalı model üçün – 15 manat;

18.11.3. sənaye nümunəsi üçün – 15 manat;

18.11.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün – 1 manat.”.

2. Aşağıdakı məzmunda 18.11-1 – 18.11-9-cu maddələr əlavə edilsin:

“18.11-1. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 10 manat.

18.11-2. Verilmiş patentlərə dəyişiklik edilməsi üçün – 7 manat.

18.11-3. İxtira, faydalı model, sənaye nümunəsi ilə bağlı hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması üçün:

18.11-3.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün – 15 manat;

18.11-3.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün – 25 manat;

18.11-3.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər iddia sənədi üçün) – 10 manat;

18.11-3.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) – 10 manat.

18.11-4. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.11-4.1. əmtəə nişanı üçün – 45 manat;

18.11-4.2. coğrafi göstərici üçün – 30 manat;

18.11-4.3. kollektiv nişan üçün – 60 manat.

18.11-5. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün – 25 manat.

18.11-6. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün – 10 manat.

18.11-7. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.11-7.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün – 35 manat;

18.11-7.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;

18.11-7.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün – 60 manat;

18.11-7.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.

18.11-8. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün – 10 manat.”.

18.11-9. Apelyasiya şurasına etirazla müraciət edilməsi:

18.11-9.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı – 10 manat;

18.11-9.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı – 6 manat;

18.11-9.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.”.

3. 18.34-cü maddədə “komissiyasına” sözü “şurasına” sözü ilə əvəz edilsin;

4. 18.48-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.48. Attestasiya komissiyasının qərarına görə Apelyasiya şurasına etiraz vermək üçün – 30 manat.”.

5. 18.54-cü maddə ləğv edilsin.

6. 19-cu maddə üzrə:

6.1. adından “Əmtəə nişanının qeydə alınması ilə bağlı hüquqi hərəkətlər, habelə” sözləri çıxarılsın və “icazələrin” sözü “İcazələrin” sözü ilə əvəz edilsin;

6.2. 19.1-ci maddə ləğv edilsin.

Qanunda edilmiş dəyişikliklər bu gündən qüvvəyə minib.

Şərhlər

XƏBƏR LENTİ