SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Dəmirbank”dan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur

“Dəmirbank”dan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur

Tarix:

3-04-2019, 13:07

/ 824 dəfə oxundu.
“Dəmirbank”dan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur

“Dəmirbank”dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb.

“Qafqazinfo”ya müraciət edən Astara rayon sakini Rəşad Həsənov bildirib ki, 2014-cü ildə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-dən 8974 ABŞ dolları kredit götürüb. Kreditin 7600 dollarını devalyasiyadan sonra1.05 məzənnə ilə ödəyib və 2015-ci ilin avqust ayına borcunu tam bağlayıb. Lakin kompensasiya alacaq şəxslərin siyahısında onun adı çıxmayıb.

Lisenziyasına xitam verilən “Dəmirbank”ın ləğvedicisi təyin olunan Əmanətlərin Sığortalanması Fondundan “Qafqazinfo”ya bildirilib ki, bu problem sırf həmin vətəndaşla bağlı deyil: “DəmirBank”ın müştəri bazası vahid sistemdə olmadığına görə məlumatın sistemə yüklənməsi mərhələli şəkildə aparılır. O bankın üç “core banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənir. Vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək. Yaxın 3 gün ərzində “Dəmirbank”ın bütün müştərilərinin məlumatları sistemə daxil ediləcək və istifadəçilər kompensasiya alacaq şəxslərin siyahısında öz adlarını görə biləcəklər”.

Şərhlər

XƏBƏR LENTİ