XalqXəbər.Az

Mərkəzi Bankın rəhbərliyi uçot dərəcəsini dəyişmədi

yüklənir...
Mərkəzi Bankın rəhbərliyi uçot dərəcəsini dəyişmədi
13-03-2017, 18:17
yüklənir...

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilib.Daxil olan məlumata görə, iclasda son makroiqtisadi proseslər, inflyasiyaya təsir edən amillər, bu amillərin idarə olunması üçün görülən tədbirlər və pul siyasətinin reallaşmasının gedişatı müzakirə olunub.

Müzakirələrdə cari ilin ötən dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neftin qiymətinin artması, orta aylıq qeyri-neft idxalının əvvəlki ilin son rübünün orta aylıq göstəricilərinə nəzərən azalması və nəticədə tədiyə balansının cari hesabında tarazlaşma meyillərinin başlaması makroiqtisadi sabitliyə müsbət təsir edən amil kimi qeyd olunub.

Qeyd olunan proseslər fonunda 2017-ci ilin fevral ayında əvvəlki aya nisbətən inflyasiya templərinin azalması müşahidə olunub.

Qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsinin tətbiqinin effektivliyindən, tədiyə balansında və valyuta bazarında müsbət trendlərin davam etməsindən asılı olaraq cari ilin sonuna birrəqəmli inflyasiya səviyyəsinə nail olmaq imkanları yaranıb.

Makroiqtisadi sferada müşahidə olunan ilkin müsbət trendləri və formalaşan yeni gözləntiləri nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərinin, o cümlədən uçot dərəcəsinin dəyişməz saxlanması barədə yekdil qərar qəbul edib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.