SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Enerji içkilərinin topdansatışı dayandırıldı: qiymətlər bahalaşacaq

Enerji içkilərinin topdansatışı dayandırıldı: qiymətlər bahalaşacaq

Tarix:

1-03-2019, 15:09

/ 711 dəfə oxundu.
Enerji içkilərinin topdansatışı dayandırıldı: qiymətlər bahalaşacaq

Enerji içkilərinin topdansatışı dayandırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yaxın günlərdə bu içkilərin qiymətlərində artım olacaq.

Xatırladaq ki, ötən ay da enerji içkilərinin qiymətləri artırılmış, lakin daha sonra əvvəlki qiymətlər bərpa olunmuşdu. Budəfəki qiymət artımının da əvvəlki həddə olacağı ehtimal edilir.

Qeyd edək ki, bu ilin əvvəlindən Vergilər Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat aksiz vergisi tətbiq olunub.

Şərhlər

XƏBƏR LENTİ