SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bankların hesabatlarındakı böyük ziddiyyət - Problem də artır, gəlir də

Bankların hesabatlarındakı böyük ziddiyyət - Problem də artır, gəlir də

Tarix:

6-08-2018, 10:36

/ 1 347 dəfə oxundu.
Bankların hesabatlarındakı böyük ziddiyyət - Problem də artır, gəlir də

Azərbaycan bank sektorunda ciddi maliyyə çatışmazlığına səbəb olan problemli kreditlərin həcmi sürətlə artmaqda davam edir.

Mərkəzi Bankının yaydığı son hesabatda da bunu açıq şəkildə görmək mümkündür. Belə ki, iyul ayının sonuna olan məlumata görə, 12 milyard 105.6 milyon manat kredit qoyuluşlarının 1 milyard 745.7 milyon manatının ödəmə vaxtı keçib. May ayı ilə müqayisədə iyunda ödəmə vaxtı keçmiş kreditlər 34,9 milyon manat artıb.

Qeyd edək ki, mayın sonunda 11 milyard 945.5 milyon manat kredit qoyuluşlarının 1 milyard 710.8 milyon manatının ödəmə vaxtı keçmişdi. Verilən rəqəmlərə istinad etsək, 2017-ci illə müqayisədə 2018-ci ilin ilk yarısında problemli kreditlərin həcmi 119 milyon manat artıb.

Problemli kreditlərin sürətlə artması fonunda banklar 2018-ci ilin ilk yarısı üzrə hesabatlarını açıqlayıb və 22 bankın mənfəətlə işlədiyi məlum olub. Nəzərə alsaq ki, problemli kreditlərin həcmi sürətlə artır və ciddi müzakirələr yaradır, bankların mənfəətlə işləməsi bir-birilə tərs mütənasiblik təşkil edir.

Verilən rəsmi məlumatlarda uyğunsuzluğun olmasını iqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə belə izah edib: “Problemli kreditləri artan banklarla mənfəətlə işləyən bankların siyahısını qarşılaşdırsaq, fərq yaranacaq. Çünki elə banklar var ki, problemli kreditlərin artım siyahısında ümumiyyətlə, yoxdur. Amma eyni zamanda digər fəaliyyətilə artım tempini nümayiş etdirir. Digər tərəfdən, problemli kreditlərin artması birbaşa bu dövrə aid deyil. Burada söhbət illər boyu verilmiş kreditlərlərdə yaranan artımdan gedir. Problemli kreditlərin həcminin artmasında birbaşa səbəb isə biznes mühitinin olmamasıdır. Eyni zamanda bu məsələdə vətəndaş məhsuliyyətsizliyi amili də müəyyən qədər rol oynayır. Bu sahədə maarifləndirmə işləri də zəifdir”.

F.İbrahimov hesab edir ki, problemli kreditlərin artması prosesi hələ davam edəcək: “Problemli kreditlərin artmasında rol oynayan digər əsas səbəb isə kredit götürənin özündən asılı olmayaraq, xərclərinin artmasıdır. Kommunal ödənişlərin, nəqliyyat sisteminin bahalaşması müşahidə olunur. İstənilən halda bu xərclər vətəndaşın üzərinə düşür. Yəni, xərclərin artması, biznes mühitinin olmaması, vətəndaş məsuliyyətsizliyi və bazarla müştəri arasında elastik münasibətin olmaması nəticəsində problemli kreditlərin həcmi sürətlə artır. Bu prosesdə sadalanan məsələlər sivil qaydada aradan qaldırılmasa, daim bu problemlə üzləşəcəyik”.

Şərhlər

XƏBƏR LENTİ