XalqXəbər.Az

Nazirlik işəgötürənlərə xəbərdarlıq etdi

Nazirlik işəgötürənlərə xəbərdarlıq etdi
16-11-2017, 12:43

Vergilər Nazirliyi işəgötürənlərə xəbərdarlıq edib.

Nazirliyə istinadən bildiririk ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır.

ASAN İmza SİM kartını mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərsiniz. İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.

İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Nazirlik işəgötürənlərə xəbərdarlıq etdi
Nazirlik işəgötürənlərə xəbərdarlıq etdiскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.