“Lukoyl”un prezidenti Vahid Ələkbərov şirkətin 300 min adi səhmini 879,285 milyon rubla (təxminən 26 milyon manat) əldə edib.
Rusiya KİV-nə istinadən xəbər veririk ki, bununla da Ələkbərovun şirkətdəki payı 2,429 faizdən 2,464%-ə yüksəlib.
Saziş avqustun 31-də bağlanıb.
Qeyd edək ki, “Lukoyl”un ən iri səhmdarı Vahid Ələkbərovdur (24,8%).