"LNS ŞİRKƏTİNİN UĞURLARI DAVAM EDİR"

"LNS ŞİRKƏTİNİN UĞURLARI DAVAM EDİR" LNS şirkəti tək öz məhsulları ilə deyil, peşəkar kadrları ilədə məhşurdur. Şirkət “hər şeydən nəsə yetişdirək” idealogiyasını öz ofislərinədə tətbiq edir.

LNS INTERNATIONAL dünyada ən böyük satış şirkətlərindən biridir.

"LNS ŞİRKƏTİNİN UĞURLARI DAVAM EDİR"

Şirkət haqqında:
LNS kompaniyası bir neçə il yalnız kompaniyanın plan marketinqi üzərində işləməklə “network marketing sahəsində binar sisteminə yenilik gətirmişdir. LNS İnternational 2012-ci ildə rəsmi olaraq Italiyanin Milan şəhərində qeydiyyatdan keçmişdir. Şirkətin əsas məqsədlərindən biri “network marketing” sahəsinə yeni bir baxış gətirmək, sərmayəni minimuma endirmək, gəliri maksimuma qaldırmaq.
Bu gün LNS INTERNATIONAL dünyada ən böyük birbaşa satış şirkətlərindən biridir və onun məhsulları 15 ölkədə bütün Avropa və Asiya regionlarında satılır .

"LNS ŞİRKƏTİNİN UĞURLARI DAVAM EDİR"

Bu gün saytımızın müsahibi LNS şirkətinin Azərbaycan nümayəndəliyinin meneceri Hüseyn Nuriyevdir.

Hüseyn müəllim dəvətimizi qəbul edərək, müsahibə üçün razılıq verdiyinizə görə Sizə minnətdarıq.

- Bu gün LNS şirkətinin digər şirkətlərdən fərqi nədir və hansı özəlliklərə sahibdir?

- Networklar 1964-cü ildən dünyada fəaliyyətdədir. Bütün Networklar başqa ölkələrdə bazarları dolduraraq, axrıncı olaraq Azərbaycan bazarlarını doldurmağa başlayıblar. LNS şirkətinin fərqi və üstünlüyü ondan ibarətdir ki, İtaliya ilə müqavilə bağlayaraq Azərbaycandan bütün məhsullarını dünyaya yayır. Bunun da xeyiri ondan ibarətdir ki, həm Azərbaycanın dünyada tanınmasında böyük rolu olur, həm də Azərbaycan distrübiterləri yaxşı gəlir əldə etməklə yanaşı, bütün ölkələrdə tanınır.

- LNS şirkəti dünya bazarına hansı məhsulları təqdim edir?

- Şirkətimiz Azərbaycan turiziminin inkişafına köməklik edir və dünyaya satış edir. Xüsusilə qeyd etmək istəyirəm ki, elektronik məhsullara üstünlük verir və həmin satılan məhsullara yeganə şirkətdir ki, 3 il qaranti verir. Hətta satılan məhsulda texniki problem yaranarsa, yenisi ilə əvəz edir.

- Hüseyn müəllim, başqa ölkələrdən tur paketlərin alınması üçün sizin şirkətə müraciət olunurmu?

"LNS ŞİRKƏTİNİN UĞURLARI DAVAM EDİR"

- Distribüterlər şirkətimizin üzvü olanda 80 faiz Azərbaycandan turizim paketləri alır.

- Tur paketləri alaraq, Azərbaycana xarici ölkələrdən qonaq gəlirmi?

- Hər il orta hesabla 1000-1200 nəfər xarici ölkələrdən qonaqlar gəlir və onların qarşılanması xüsusilədə yüksək səviyyədə Azərbaycanın bölgələrinin tanınması həyata keçirilir.

- LNS şirkəti aldığımız mılumata görə, treninqlərə start verib. Bu barədə nə deyə bilərsiniz və hansı üstünlüklərə sahibdir?

- Treninqlərin keçirilməsi şirkət tərəfindən tam pulsuz həyata keçirilir. Üstünlük ondan ibarətdir ki, şirkətin üzvləri daha da mariflənir və biznes planın necə həyata keçirilməsini ən yüksək səviyyədə öyrənilir. Xüsusilə qeyd edim ki, treninqlər ölkənin ən bahalı otellərində həyata keçirilir və ölkəmizə gələn qonaqların istirahəti üçün şirkət əlindən gələni əsirgəmir.

- Yaxın zamanlarda treninqlər keçiriləcəkmi?

- Nəzərinizə çatdırım ki, cari ilin may ayında şirkət nəinki ölkəmizin səfalı bölgəsi olan Masallıda hətta Azərbaycan Respublikasının hüdudlarından kənarda yəni Moskva şəhərində 1000 nəfərlik möhtəşəm treninq keçirəcək.

- Şirkət tərəfindən vergi siyəsi necə tənzimlənir?

- LNS şirkət olaraq, öz vergisini ödəyir və distribütürlər isə özləri qazancından vergi ödəyir. Çünki distribüterlər azad sahibkardılar.

- Şirkətin gələcək planları nədən ibarətdir?

- LNS şirkəti gələcəkdə Cahan Holdinglə müqavilə bağlayaraq, avtomobillərinin satışını həyata keçirəcək.

- Şirkət hansı ölkələrdə fəaliyyət göstərir?

- Qeyd etmək istəyirəm ki, Rusiya, Maldova, Ukraniya, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikstan və Avropanın bir çox şəhərlərində şirkətimiz fəaliyyət göstərir.

- Pramida dedikdə nə başa düşülür?

- Hər hansı bir şirkətin istehsalı və satışı yoxdusa həmin şirkətlər pramida sayılır. Networkda çox insanlar az malumatlı olmaqla yanaşı, marifsizdirlər. Daha dəqiq desək Networku pramida ilə qarışıq sayırlar. Pramida dünyada və Azərbaycanda sırf cinayətdir.

- İnsanların şirkətə cəlb olunması necə həyata keçirilir?

- Vətəndaşlar şirkətin ofislərində mariflənir, bununla yanaşı dəfələrlə onlarla söhbətlər aparılır və biznesin incəlikləri başa salınır. Sonra isə müştəri azad şəkildə özü seçdiyi məhsulu sifariş verir və şirkət arasında rəsmi olaraq müqavilə bağlanılır. Sifariş olunan məhsulun 4-90 gün ərzində ünvana çatdırılması həyata keçirilir. Şirkətə yeni üzv olmuş insanlar bu istiqamətdə irəliləyərək həm özünə biznes qurur, həm də böyük gəlir əldə etmiş olur.

- Son olaraq, şirkət üzvlərinə tövsiyyələriniz nədən ibarətdir?

- Bildirirəm ki, şirkətin üzvləri daha yaxşı biznes planını öyrənsinlər və yeni üzvlərə öyrətsinlər.

Şirkətin bütün üzvlərinə bol-bol uğurlar arzu edirəm.

Müsahibəni hazırladı: Polad Aslanov
Geri qayıt