Mehriban Əliyeva müsahibə verdi - VİDEO

Mehriban Əliyeva müsahibə verdi - VİDEO Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1” telekanalına müsahibə verib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva yeni vəzifədə prezidentin və ona inanan bütün insanların etimadını doğrultmağa çalışacaq. "Rossiya 1" telekanalının "Vesti nedeli" verilişinə müsahibə verən birinci vitse-prezident deyib ki, fəaliyyətini sosial məsələlərin həllinə yönəldəcək. Mehriban Əliyeva ailə münasibətlərindən də danışıb.

"Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm."

Bu açıqlamanı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1" telekanalının "Vesti nedeli" verilişinə müsahibəsində deyib. Yeni vəzifədə qarşıya qoyduğu məqsədlərdən danışan birinci vitse-prezident vurğulayıb ki, ilk növbədə Prezidentin və bütün insanların ona olan ümidini doğrultmalıdır.

Ölkədə mövcud olan siyasi pluralizmə də münasibət bildirən Mehriban Əliyeva deyib ki, hakimiyyətə yox, dövlətə qarşı yönəlmiş hər hansı bir mövqe yolverilməzdir.

Birinci vitse-prezident ailə münasibətlərindən də danışıb və hər zaman ailə ilə iş arasında tarazlığı qorumağı bacardığını deyib.

Videomaterialda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, bu Fondun mədəniyyət və səhiyyə sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr, o cümlədən talassemiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı barədə ətraflı söhbət açılıb.

Geri qayıt