Rasim Balayev: Əxlaqsızlar, küçə adamları efirlərə çıxır -VİDEO

Rasim Balayev: Əxlaqsızlar, küçə adamları efirlərə çıxır -VİDEO Xalq artisti Rasim Balayev televiziyalardan şikayətlənib, efirə çıxan məşhurları sərt tənqid edib.

O, “Yeni Avaz”a müsahibəsində bu barədə danışıb:

“Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir.

Nə cür geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”
Geri qayıt