“İqbal Ağazadə və Sabir Hacıyevlə Moskvada məsciddə görüşdük” - Ayaz Mütəllibov
- 11-05-2017, 11:44
- 36 827
Səhv etmirəmsə, Sabir Hacıyevlə bir yerdə Moskvaya gəlmişdi. Həmin vaxt biz Azərbaycan məscidində görüşdük. O vaxtdan sonra İqbal Ağazadə ilə bir araya gəlib görüşməmişik. Düşünürəm ki, hər kəs öz işilə məşğuldur”.
Bunu ilk dəfə olaraq açıqlamasında eks-prezident Ayaz Mütəllibov deyib.
Eks-prezident daha kiminləsə əlaqə saxlamağı düşünmür.
“Səhhətimlə əlaqədar heç yerə çıxmıram. Ona görə də heç kəslə əlaqəm yoxdur. Təqaüdçü adamam. Bundan sonra kiminləsə əlaqə saxlamağı düşünmürəm”.
Qeyd edək ki, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Ümid Partiyasının sədri İqbal Ağazadə və eks-prezident Ayaz Mütəllibov vaxtilə eyni partiyada təmsil olunublar.