Nura Surinin ETİRAFLARI: “Kişi olsaydım, bilərdim”
- 23-11-2017, 13:11
- 1 728
Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində yarımçıq qalan sualları müğənni Nura Suri tamamlayıb.
- İndiki ağlım olsaydı...
- İnsanları daha yaxından tanıyar və çoxuna etibar etməzdim.
- Zəmanət verə bilərəm ki...
- Sən saydığını say, gör fələk nə sayır! Heç nəyə tam zəmanət verə bilmərəm.
- Dünyanı dəyişmək imkanım olsaydı...
- Dünyanı insanların qəzəbindən və nifrətindən xilas edərdim.
- Kişilər o qadınlara xəyanət etmir ki...
- Kişi olsaydım, cavabını bilərdim.
- O zaman riskə gedirəm ki...
- Risk etməyi sevirəm, hər zaman riskə gedirəm və yenə gedərəm.
- Çıxılmaz vəziyyətə düşəndə...
- Beynim dərhal çıxış yolu axtarıb tapır.
- Seviləsi qadın olmağın ilkin şərti...
- İlk növbədə çəkici olmaqdır.
- Qadınlar yaşını ona görə gizlədir ki...
- Mən gizlətmirəm, odur ki, səbəbini deyə bilmərəm.
- Qadına qarşı şiddət...
-Acizlikdir!
- Vicdanıma and olsun ki...
- Niyyətim safdır.
- Təəssüf edirəm ki...
- Sirr qalsın.
- Vanqa nənə ilə görüşsəydim...
- Suallarım çox olardı.
- Küsülü olduğum insana demək istəyirəm ki…
- Sözüm yoxdur.
- Ən böyük səhvim o olub ki...
- Ən böyüyünü təyin etməmişəm.
- Tənhalıq insan üçün lənətdir, yoxsa...
- Zaman-zaman lazımdır, insan özü ilə hərdən tək qalmalıdır ki, həyatı dərk edə bilsin.
- Kiminsə yalan danışdığını hiss edəndə...
- Əvvəllər pis təsir edirdi, indi vecimə almıram.
- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...
- Yer kürəsinə yazığım gəlir.
- Günahlarım yadıma düşəndə...
- Hər gün dua edirəm.
- Dostlarıma ən çox onu məsləhət görürəm ki…
- Dostluq münasibətlərində ən önəmlisi sadiqlikdir.
- İlahi ədalətə inancımı o zaman itirdim ki…
- İtirməmişəm.
- Heç vaxt heç kimə icazə vermirəm ki…
- Kimsə övladlarımı incitsin.
- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...
- Axirətdə bu sualı verəcəm, bilmirəm.
- Xəyanəti o halda əfv edirəm ki...
- Adətən ən yaxın sandığımız adamlar bizə xəyanət edir, sən də onları əfv edirsən. Çünki başqasına həddən artıq etibar etmək öz səhvindir.
- Özümü ona görə bağışlamıram ki...
- Kiminsə xətrinə dəyəndə, sözlə kimisə əzəndə.
- Yaxşı gündə, pis gündə...
- Sadiq olaq.
- Çox sağ olun, Nura xanım. Biz sizə ancaq xoş günlər arzu edirik.
- Təşəkkür edirəm.