Nazirlik qızılca ilə bağlı növbətə dəfə valideynlərə çağırış edib
"Azərbaycanda qəbul olunmuş Milli təqvim planında 11 infeksiyanın peyvəndlərlə idarə olunması məsələsi var. Qızılca da həmin infeksiyalardan biridir".
Bunu bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O, peyvəndlərin ölüm ehtimalını böyük miqyasda azaltdığını söyləyib:
"Qızılca peyvəndi olmayan dövrlərdə dünya üzrə 1 ildə 2 milyon şəxs ölüb.
Ən aşağı ölüm halı isə 2016-cı ildə 100 min olub. Bu da ölüm hallarının 84-85% azalması deməkdir. Yəni peyvənd kifayət qədər effektivdir".
T.Eyvazov valideynlərə vaksinasiya ilə bağlı çağırış da edib:
"Valideynlər, uşaqlarınızı qoruyun. 11 infeksiyon xəstəlikdən, o cümlədən qızılcadan qorunmağın yolu peyvənd olunmaqdır".
Geri qayıtBunu bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O, peyvəndlərin ölüm ehtimalını böyük miqyasda azaltdığını söyləyib: