Kürdəmirdə mikroavtobus yandı

Kürdəmirdə mikroavtobus yandı Kürdəmir rayonunun Qurdbayram kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri və salonuna yığılan əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əşyaların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt