Abşeronda qəza baş verib, ölən var

Abşeronda qəza baş verib, ölən var Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ceyran Mayıl qızı Mollayeva yolu keçərkən onu minik avtomobili vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Geri qayıt