Yol Polisi İdarəsinin şöbə rəisi qəzaya düşdü - Ağır yaralanıb

Yol Polisi İdarəsinin şöbə rəisi qəzaya düşdü - Ağır yaralanıb Bakıda yol qəzası baş verib.

Hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Qeyd edək ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb.

Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb.
Geri qayıt