İçində beş qadının olduğu “Porsche” aşdı - FOTO

Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan dörd qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Yoldan keçən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.
Hadisə yerindən görüntüləri təqdim edirik:
