İkimilyonluq mənimsəmədə ittiham olunan qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 11-ə təyin olunub.
Qeyd edək ki, Tənzilə Kərimovanın işi üzrə 81 nəfər zərərçəkən var. Onun ümumilikdə 2 milyon manat mənimsədiyi iddia edilir.