Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşdu - Ölən var

Sabunçuda sərnişin avtobusu “KamAZ”la toqquşdu - Ölən var
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqxeber.az “Report”a istinadən xəbər verir ki, 40 saylı sərnişin avtobusu hərəkətdə olarkən “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən vəfat edib.

Hadisənin təfərrüatı araşdırılır.


Geri qayıt