Xocalıda traktor MİNAYA DÜŞDÜ
Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.
