Şəkidəki ağır qəzada bir ailənin 4 üzvü həlak olub - ADLAR

Ata və üç övladı aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ölənlər:
Ata – 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev Şəki şəhər sakini.
Övladları – 2012-ci il təvəllüdül Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev.
Yaralı:
Ana - 1992-ci il təvəllüdlü Qızxanım Nürəddin Mirzəyeva.
Faktla bağlı araşdırma aparılır.