İki dostun faciəvi ölümü... - Dənizdə batdılar
Dünən Bakıda daha iki nəfər dənizdə batıb. Binəqədi rayonu ərazisində - Novxanı çimərliyində 1995-cü il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlu ilə həmyaşıdı Cəfərov Orxan Aslan oğlu suda boğulub. Onların meyitləri sudan çıxarılıb.Bildirilir ki, dənizdə batan gənclər dost olub.
Araşdırma aparılır.
