Bakıda yanacaqdoldurma məntəqəsində DAVA

Bakıda yanacaqdoldurma məntəqəsində DAVA Bakının Nizami rayonu ərazisində döyülmə hadisəsi baş verib.

Hadisə 8-ci kilometr qəsəbəsi, Mehdi Abbasov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi, 1971-ci il təvəllüdlü Həsənov Nadir Zair oğlu sürücü ilə mübahisə edib, nəticədə döyülərək xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.
Geri qayıt