Gəncədə “Range Rover” hərəkətdə olarkən yandı – Sürücü son anda xilas oldu

Gəncədə “Range Rover” hərəkətdə olarkən yandı – Sürücü son anda xilas oldu Gəncədə hərəkətdə olan avtomobil yanıb.

Hadisə şəhərin Üzeyir bəy Hacıbəyov küçəsində qeydə alınıb.

“Range Rover” markalı maşın anidən alışıb. Sürücü yanan avtomobili vaxtında tərk etdiyindən xəsarət almayıb.

Əraziyə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, alov söndürülüb. Yanan maşın ərazidən götürülüb.
Geri qayıt