Salyan sakini fermada güllələndi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayonun Noxudlu kənd sakini Nəciməddin Hüseynov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.
N.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi təklüləli ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.