Bakı metrosunda sərnişin öldü

Bu barədə Xalqxeber.az-a “Bakı Metropoliteni”ndən bildirilib.
Məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib.
Tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib. Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı Kamil Zeynalov olub.