Ötən ay sərhəddə dəyəri 3 milyon manatdan çox qaçaqmal saxlanılıb

Xalqxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 3 milyon 275 min 777 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, PM markalı tapança, patron, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.