Aeroport yolunda ağır qəza - ölən var

Bakıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı maşın vurub. O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.