Azərbaycanlı gənc yazar doğum günündə vəfat etdi

Azərbaycanlı gənc yazar doğum günündə vəfat etdi Yazar Günel Eminli vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən yazar bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Günel ədəbiyyat-mədəniyyət saytlarında müxtəlif yazılarla çıxış edib, bir neçə kitabın müəllifi olub. Həmçinin, bu gün onun doğum günü idi.
Geri qayıt