Bakıda əcnəbi turistlərin cibinə girən Gülnarə Şirvanda saxlanıldı
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də və 28-də əcnəbi vətəndaşın cibindən 180 ABŞ dolları, Bakı şəhər sakini olan bir qadının çantasından isə 800 manat və 400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Gülnarə Novruzova Şirvan şəhəri ərazisində tutulub.DİNd-ən verilən xəbərə görə, ətrafında aparılan tədbirlərlə onun cari ilin mart ayından iyun ayınadək olan müddətdə Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri olan 4 qadının çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
