Azərbaycanda kişi faciəli şəkildə öldü

Azərbaycanda kişi faciəli şəkildə öldü Lənkəranda kişi faciəli şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.

72 yaşlı Abdullayev Səfərəli Əlican oğlu burada yerləşən köşkdə gecə saatlarında oturduğu stulda yuxuya gedib. Bu zaman oradakı spirallı qızdırıcı onun üzərinə aşıb. Nəticədə S.Abdullayevin ayaqları yanıb.

Ətrafda olanların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt