Hacıqabulda avtomobil qəzasında 1 nəfər həlak oldu

Hacıqabulda avtomobil qəzasında 1 nəfər həlak oldu  
Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində ölümlə nəticələnin qəza baş verib.

Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, Pirsaat kəndi ərazisində “KamAz” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Lada”nın sərnişini hadisə yerində keçinib. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Geri qayıt