Bakıda şadlıq sarayında bədbəxt hadisə baş verib

Bakıda şadlıq sarayında bədbəxt hadisə baş verib  
Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-cü mərtəbəsinin eyvanında məhəccərə söykənib. Məhəccər qırılıb və nəticədə B.Umudov yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və kəllə sümüyünün sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
Geri qayıt