Xırdalanda evdə partlayış - 3 uşaq yaralandı-Yenilənib

Xırdalanda evdə partlayış - 3 uşaq yaralandı-Yenilənib  
Xırdalanda partlayış baş verib.

Hadisə “AAAF” Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Əldə olunan məlumata görə, hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar. 

Partlayışın təsirindən divar həyətə aşıb. Nəticədə parklanma vəziyyətində olan maşınlara ciddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır. 

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib  ki, partlayışla bağlı "112" xidmətinə məlumat daxil olub.

Yanğından Mühafizə Bölmələri və Xüsusi Riskli Xilasetmə Qüvvələri əraziyə cəlb edilib. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək. 

***

TƏBİB-dən verilən məlumata görə, partlayışla əlaqədar TƏBİB-in tabeli tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, 3 uşaq olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi yardım göstərilir. Vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcəkdir.




Geri qayıt