Qız anasının pulunu və qızılını oğurladı

Qız anasının pulunu və qızılını oğurladı Bakıda təxminən bir ay əvvəl törədilən cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz xəbərə görə, aprelin 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.
Geri qayıt