DTX və Polis İdarəsindən əməliyyat - Hesabından pul oğurlayan tutuldu

DTX və Polis İdarəsindən əməliyyat - Hesabından pul oğurlayan tutuldu Bakıda vətəndaşın bank kartından internet üzərindən pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinə istinadən verdiyimiz xəbərə görə, bu ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Geri qayıt