Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə qəza - Xəsarət alanlar var  
Gəncədə hərəkətdə olan minik maşını motosikletlə toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində 1991-ci il təvəllüdlü Baxışov Tural və 1996-cı il təvəllüdlü Balayev Elşən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt