Gəncədə evdən 14500 dollarlıq qızıl oğurlandı

Gəncədə evdən 14500 dollarlıq qızıl oğurlandı  
Gəncə şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən  verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər ərazisindəki evlərin birindən 14500 ABŞ dolları və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu V.Səfərov saxlanılıb.


Araşdırma aparılır.


Geri qayıt