Oğuzda meşə yanğını olub

Oğuzda meşə yanğını olub Oğuzda meşə yanğını olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat dərc edilib. 

Bildirilib ki, Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən meşə zolağının qalan hissəsi mühafizə olunub, yanğın söndürülüb.
Geri qayıt