Oğurluq etdi, cəmi 6 manat çıxdı...

Oğurluq etdi, cəmi 6 manat çıxdı... Bakıda həmcinsini döyərək pulqabısını oğurlayan şəxs tutulub.

DİN-in saytına istinadən xəbər veririk ki, iyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İsayevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib.

Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Geri qayıt