3 naməlum şəxs dönərçiyə ağır bıçaq xəsarətləri yetirib - Bakıda

3 naməlum şəxs dönərçiyə ağır bıçaq xəsarətləri yetirib - Bakıda Bakıda dönərçi ağr bıçaq xəsarətləri alıb.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, "Üçüncü mikrorayon dairəsi" kimi tanınan ərazidə 3 naməlum şəxslə dönərçi, 1967-ci il təvəllüdlü Ağayev Oqtay Qurbanəli oğlu arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər O.Ağayevə kürək nahiyəsindən 4 bıçaq xəsarəti yetirərək aradan çıxıblar.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları əraziyə cəlb edilib. Fakt araşdırılır.
Geri qayıt