Azərbaycanda yeni doğulan körpə öldü

Azərbaycanda yeni doğulan körpə öldü Gəncədə yeni doğulan körpə ölüb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Abasova Aytən Akif qızı uşaq dünyaya gətirmək üçün Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt